Dünyaca məşhur nəşr pendirdən nələr yazdı...

Dünyaca məşhur nəşr pendirdən nələr yazdı...

Pendir və digər süd məhsullarının çeynənilməsi tüpürcək istehsalını stimullaşdırır ki, bu da dişlərdəki turşunu zərərsizləşdirir və diş çürüməsinin inkişafına mane olur. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Daily Mail”-ə britaniyalı həkim Maykl Mosli bildirib.

Həkim deyib ki, pendir, süd və qatıq kalsiumla zəngindir. Ağız boşluğunun turşu-qələvi balansının saxlanmasında iştirak edir və dişlərə müsbət təsir göstərir, kariyesin qarşısının alınmasını təmin edir. Bundan əlavə, çeynədikdə, süd məhsulları (xüsusilə də pendir) tüpürcək istehsalını aktivləşdirir.

Həkimin sözlərinə görə, tüpürcək turşuları və qələviləri neytrallaşdırır, bu da dişlərin vəziyyətinə mənfi təsir göstərir. Normalda dişlərin səthinin turşuluğu hər yeməkdən sonra dəyişir. Ancaq həddindən artıq turşu əmələ gəlsə, kariyes inkişaf edir. Pendir pH-ı normallaşdırır,  çürük boşluqların meydana gəlməsinin qarşısını alır.

Həkim xüsusilə şirin yeməklərdən sonra pendir yeməyin faydalı olacağını qeyd edib: 

“Fakt budur ki, şəkər ağızda turşu əmələ gətirən bakteriyaların əmələ gəlməsinə kömək edir”.

Xəzər
“Cebhe.info”