İnfarkt və insult daha öldürməyəcək: Zəhər həyat qurtaracaq

İnfarkt və insult daha öldürməyəcək: Zəhər həyat qurtaracaq

Avstraliyalı elm adamları infarkt və insult nəticəsində ölümcül fəsadların qarşısını almağa kömək edən dərmanın yaradılmasında mühüm addım atıblar.

Belə ki, hüceyrə zədələnməsinin qarşısını alan bir maddə müəyyən ediblər. 

“Cebhe.info” “The European Heart Journal”-a istinadən xəbər verir ki, bu, huni tor hörümçəyinin zəhər molekuludur.

Huni tor hörümçəkləri dünyanın ən təhlükəlilərindən biri hesab olunur. Onların zəhəri ölümcül ola bilər. Lakin yeni araşdırmalar göstərir ki, bu, həm də həyat qurtaran dərman üçün əsas ola bilər.

Kvinslend Universitetinin alimləri Hadronyche infensa hörümçəyinin zəhərindən Hi1a molekulunu təcrid ediblər. Kvinslend və Yeni Cənubi Uelsdə rast gəlinir.
Bu hörümçəklər 20 min ildir ki, qohum siniflərdən  təcrid olunublar. Təkamül zamanı onların zəhərinin tərkibi dəyişdi və altı dəfə güclü oldu.

Tədqiqatlar göstərib ki, Hi1a molekulu infarktın bütün mərhələlərində ürək hüceyrələrini zədələnmədən qoruya bilib. O, turşuya həssas ion kanallarını blokladı və hüceyrə ölümünə səbəb olan siqnalların ötürülməsinin qarşısını aldı. Molekul həmçinin insult zamanı beyin hüceyrələrini qoruya bilib. Həm də vacibdir ki, Hi1a sağlam hüceyrələrə təsir göstərmir, yan təsirlərin ehtimalını azaldır.

Başqa bir araşdırma göstərib ki, belə təhlükəli hörümçəyin zəhəri iktidarsızlığın müalicəsində kömək edə bilər. Onun tərkibində Phα1β neyrotoksini var.

Xəzər
“Cebhe.info”