Tez və ziyansız arıqlamağın SİRRİ

Tez və ziyansız arıqlamağın SİRRİ

Tez və bədənə zərər vermədən arıqlaya bilərsiniz.

“Cebhe.info” xəbər verir ki, qastroenteroloq Yuri Uspenski  “Doktor Peter”-ə bunun sirlərini açıb.

Başlamaq üçün o, pəhrizdən üç qidanı - kartof, çörək və makaron məhsullarını xaric etməyi məsləhət görüb. Onun fikrincə, kəsmik, tərəvəz, ət və zeytun yağına etibar etmək daha yaxşıdır.

Həkim həmçinin yemək sayını azaltmaqdan qorxmamağı məsləhət görüb:

“Məsələn, səhər yeməyi, nahar və ya şam yeməyini atlamağı tövsiyə edirəm”. 

Lakin həkim əlavə edib ki, səhhətində heç bir problem olmayan insanlar bunu edə bilər.

Başqa bir sirr porsların ölçüsünü dəyişdirməkdir:

“Onları mümkün qədər azaltmaq, həmçinin şirin, asanlıqla həzm olunan qidalardan imtina etmək lazımdır. Nəhayət, yavaş-yavaş yemək vacibdir, çünki yeməyinizi hərtərəfli çeynəmək beyninizin toxluq hissini vaxtında tanımasına kömək edir. Nəticədə daha az yeyə biləcəksiniz”.

Xəzər
“Cebhe.info”