Türkan Vəlizadəni bəyənənlər də oldu, bəyənməyənlər də - FOTO

Türkan Vəlizadəni bəyənənlər də oldu, bəyənməyənlər də - FOTO

Müğənni Türkan Vəlizadənin paylaşımı izləyicilərinin müzakirəsinə səbəb olub.

Belə ki, müğənni plastik əməliyyatdan sonra fotosessiyasını “Instagram” hesabında təqdim edib. 

“Cebhe.info” xəbər verir ki, müğənni fərqli geyimdə və yeni stili ilə diqqət çəkib. Yeni fotolarını izləyiciləri ilə bölüşən Türkana çox sayda rəy yazılıb. İzləyicilərin bəziləri bu əməliyyatı ona yaraşdırmasa da, bəyənənlər də olub. 

Bəzi sosial şəbəkə istifadəçiləri ifaçının üzünü çox dartdırdığını qeyd ediblər. Paylaşımdan bir neçə gün sonra müğənni rəyləri bağlayıb.

Xatırladaq ki, bir müddət əvvəl müğənni Türkan Vəlizadə sifətini dartdırıb. 

Vüsal Şərəf 
“Cebhe.info”