Bülent İnal ekranlara qayıdır
Türkiyəli məşhur aktyor Bülent İnalın yeni layihəsi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, sənətçi yeni başlayacaq “Can Borcu” serialında baş rolu canlandıracaq.
Onun tərəf müqabili isə Ebru Özkan olacaq.
Aktyor ekran işində “Serkan” obrazına həyat verəcək. “NTC Medya” tərəfindən ərsəyə gətirilən layihənin “ATV”də yayımlanması gözlənilir.
Qeyd edək ki, Bülent İnal “İlhamurlar Altında”, “Bitemeyen Şarkı”, “Tatar Ramazan” və “Payitaht Abdülhamid” kimi reytinqli seriallarda rol alıb.
Aslan
“Cebheinfo.az”