Əfvlə bağlı neçə müraciətə baxılıb?-DEPUTAT
"Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası indiyədək 200-ə yaxın müraciətə baxıb".
Bunu "Cebhe.info"-ya açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.
O bildirib ki, hazırda da müraciətlərə baxılması prosesi davam edir:
"Hesab edirəm ki, bir ay ərzində bütün müraciətlərə baxılacaq. Sonda yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası aprelin 24-də keçiriləcək.
Toplantıda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.
Naibə
"Cebhe.info"