Səbuhi Rəhimlidən atmaca: "Bəzi adamlar neçə illərdir dəhşətli zəlzələnin...”

Səbuhi Rəhimlidən atmaca: "Bəzi adamlar neçə illərdir dəhşətli zəlzələnin...”

"Hər il yüzlərlə öncəgörənlər və astroloqlar müxtəlif proqnozlar verirlər".

Bu sözləri məşhur astroloq Səbuhi Rəhimli "Cebhe.info"-ya açıqlamasında deyib.

O bildirib ki, sözügedən proqnozlardan sadəcə sensasiyalı olanları diqqət çəkir:

"Normal siyasi çərçivədə olan proqnozlar heç kimin diqqətini çəkmir. Amma sensasiyon və yalan olduğu əvvəlcədən bilinən proqnozlar diqqət çəkir".

Səbuhi Rəhimli yalandan proqnoz verənləri də təndiq edib:

"Ümumiyyətlə, adamın nəyə əsasən bu proqnozu verdiyinə baxmaq lazımdır. Kimlərsə oradan-buradan oxuduqlarını çay süfrəsi arxasında proqnoz kimi verirlər. Amma proqnozun elmi əsası olmalıdır.

Məsələn, bəzi adamlar neçə illərdir dəhşətli zəlzələnin olacağını deyirdilər. Axırda ötən il Kahramanmaraşda baş verən zəlzələdən sonra özlərinin haqlı çıxdığını iddia etməyə başladılar. Əslində, hər il haradasa, dəhşətli zəlzələ və ya başqa təbii fəlakətlər ola bilər".

Astroloq vurğulayıb ki, təbii fəlakətləri proqnozlaşdırmaq mümkün deyil:

"Məsələn, əjdaha illəri sunami, daşqın və zəlzələlərə xarakterikdir. O da özünü göstərməkdədir. 1988, 2000 və 2012-ci illərdə əjdaha illərində zəlzələlər olub. İndiyə kimi dünyada baş verən ən dəhşətli üç zəlzələdən ikisi əjdaha illərində olub. Amma bu, bütün əjdaha illərində zəlzələ olacağı da demək deyil. Yəni təbii fəlakətlərin öncədən proqnozlaşdırılması qeyri-mümkündür".

Elmir Mustafa 
"Cebhe.info"