Deputat maliyyə dələduzlarından danışdı: “İnsanların şəxsi məlumatları…”

Deputat maliyyə dələduzlarından danışdı: “İnsanların şəxsi məlumatları…”

“Texnologiyadan qaynaqlanan problemlər cəmiyyətlərin probleminə çevrilir. Şəxsi məlumatların oğurlanması halları bu xüsusda mühüm yer tutur”.

“Cebhe.info” xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, bank işçiləri adı altında insanların şəxsi məlumatları ələ keçirilir:

“Bundan sonra vətəndaşlar qorxudulur və daha sonra köməklik təklif edirlər. Bununla da insanlar dələduzluğun qurbanına çevrilir. Bu baxımdan kibertəhlükəsizlik məsələsi aktual olaraq qalır. Kibercinayətkarlığa qarşı hər bir ölkədə olduğu kimi Azərbaycanda lazımi işlər aparılır. Amma bu istiqamətdə ictimai maarifləndirmə aparılması daha məqbul olardı”.

Vilayət Muxtar
“Cebhe.info”