“Qanun” nəşriyyatı pul ödəyəcək?

“Qanun” nəşriyyatı pul ödəyəcək?

Azərbaycanın özəl nəşriyyatı səhmdarlarına dividend ödəyəcək.

"Cebhe.info" xatırladır ki, dividend səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsidir.

Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Bildirək ki, Azərbaycanda bir sıra özəl nəşriyyatlar fəaliyyət göstərir. Onlardan ən tanınmışı isə “Qanun” nəşriyyatıdır.

Maraqlıdır, “Qanun” nəşriyyat səhmdarlarına dividend ödəyəcək?

Məsələ ilə bağlı tanınmış naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Cebhe.info"-ya açıqlamasında bildirib ki, sözügedən məsələnin “Qanun” nəşriyyat ilə bir bağlılığı yoxdur:

"Bizim səhmdarımız yoxdur. “Qanun” nəşriyyatının təsisçisi özüməm".

Ləman İsmayıl
"Cebhe.info"