Bakı metrosunda ilginc mənzərə: Qadınları niyə yoxlayırlar?

Bakı metrosunda ilginc mənzərə: Qadınları niyə yoxlayırlar?

Bu gün səhər saat təxminən 9 radərələrində Bakı Metropolitenin “Memar Əcəmi” stansiyasında maraqlı vəziyyət müşahidə edilib. 

Belə ki, polis bəzi sərnişin qadınlara müraciət edərək onların sənədlərini yoxlayıb. 

Bu kimi tədbirlər Bakı Metropolitenində adətən kişilərlə bağlı həyata keçirildiyindən, qadınların sənədlərinin yoxlanılması digər sərnişinlərin də, sənədləri tələb olunan qadınların da təəccübünə səbəb olub.

 Hətta prosesi kənardan maraqla izləyənlər də tapılıb. Sənədləri tələb edilən qadınlar həm gənc, həm də orta yaş qrupuna aid olub. 

Sənəd yoxlanışının səbəbləri barədə onlara açıqlama verilməyib. Daxili İşlər Nazirliyinin Mətbuat  xidməti bununla bağlı Cebhe.info-nun sorğusuna şərh verməkdən imtina edib.

Həsən Məmmədov 
Cebhe.info