Naxçıvana qar yağdı
Soyuq hava şəraiti özünü Naxçıvanda daha qabarıq şəkildə göstərməyə başlayıb.
Yenisabah.az xəbər verir ki, dünən günün ikinci yarısından etibarən muxtar respublikada hava kəskin dəyişib. Gecə isə qar yağmağa başlayıb.
Şahbuz rayonunun Keçili kəndinə yağan qarın qalınlığı təxminən 10 santimer olub.
Sakinlər təbiətin bu sürprizini sevinclə qarşılayıblar.
Cebhe.info