3 nəfər atışmada öldü

3 nəfər atışmada öldü

ABŞ-nin şimal-şərqindəki Virciniya ştatında atışma nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, şerif ofisinin sözçüsü Elizabet Skot bildirib ki, yerli vaxtla saat 17:30-da ştatın Spotsilvaniya bölgəsində atışma qeydə alınıb.   

Milli mətbuatda çıxan xəbərlərə görə, hadisə yerinə hüquq-mühafizə qüvvələri göndərilərkən, hücumda 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə çox sayda  müfəttişin ayrıldığı və şübhəlilərin axtarışa verildiyi açıqlanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"