“Onlar arasında söhbət hələ planlaşdırılmayıb”

“Onlar arasında söhbət hələ planlaşdırılmayıb”

“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında söhbət hələ planlaşdırılmayıb”.

Bunu “İnterfaks”a açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov həmçinin, Putin və Tramp arasında ikitərəfli görüşün yeri və vaxtının da hələlik məlum olmadığını bildirib.

Uşakov qeyd edib ki, Vaşinqton artıq ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff vasitəsilə Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı verdiyi siqnalları müzakirə edə bilər.

Onun sözlərinə görə, Putin və Uittkoff aprelin 11-də Sankt-Peterburqda keçirilən görüşdə ən çox Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Cebheinfo.az"