Bu hallarda vəhşi heyvanları vurmaq olar

Ayı və qaban kimi vəhşi heyvanların fövqəladə hallarda vurulmasına icazə verən qanun layihəsi Yaponiya parlamentindən keçib.
"Cebheinfo.az" “Kyodo News”-a istinadən xəbər verir ki, bələdiyyələrə ovçulara heyvanların yaşayış məntəqələrinə enməsi halında onlara atəş açmağa icazə verən qanun layihəsi Yaponiya parlamenti tərəfindən qəbul edilib və qanun imzalanıb. Qanun qonur ayıları, Asiya qara ayılarını və çöl donuzlarını təhlükəli heyvanlar kimi müəyyən edir, həmçinin odlu silahdan istifadəyə icazə verilən “fövqəladə” şərtləri də müəyyənləşdirir.
Bu çərçivədə odlu silah olmadan vəhşi heyvanları tez tutmağın çətin olması və güllələrin insanlara dəymə riskinin olmaması fövqəladə vəziyyət kimi müəyyən edilib. Qanunda qeyd olunur ki, odlu silahdan istifadə edildiyi hallarda bələdiyyə orqanları yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoya və ya təxliyə əmri verə bilər və yerli hökumətlər güllələrdən binalara dəymiş ziyana görə kompensasiya ödəməli olacaqlar. Ölkədə 2023-cü ilin martından sonrakı bir il ərzində ayı hücumları nəticəsində 6 nəfər həyatını itirib və təxminən 200 nəfərin yaralanıb.
Nigar Hacılı
"Cebheinfo.az"