Məşhur futbolçu koronavirusa yoluxub

"Santos"un məşhur futbolçusu Neymar koronavirusa yoluxub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücumçuda xəstəliyin əlamətləri iyunun 5-də yaranıb. Həmin vaxtdan məşqləri dayandırıb. Braziliyalı futbolşu hazırda evdə müalicə alır və sağalır.
Neymar "Santos"un yetirməsidir. O, 2009-2013-cü illərdə bu klubda çıxış edib, sonra Barselonaya keçib. Daha sonra PSJ və Əl-Hilalda oynadı və 2025-ci ilin yanvarında yenidən Santosa qayıdıb.
Qayıdandan sonra forvard "Santos"un heyətində 12 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Neymarın klubla müqaviləsi iyunun 30-da başa çatır.
Xəzər
“Cebheinfo.az”