İtaliya A Seriyasının yeni mövsümünün təqvimi açıqlandı

İtaliya A Seriyasının yeni mövsümünün təqvimi açıqlandı

İtaliya A Seriyasının qarşıdan gələn mövsümünün təqvimi açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, təqvim İtaliya çempionatının rəsmi saytında dərc edilib. Sənədə əsasən, 2025/2026 mövsümünün ilkin olaraq bazar günü, avqustun 24-də başlaması planlaşdırılır.

İlk turda ölkə çempionu "Napoli" B seriyasından gələn "Sassuolo" ilə, vitse-çempion "İnter" isə "Torino" ilə qarşılaşacaq.

Çempiontın son matçları isə 2026-cı il mayın 24-də bazar günü keçiriləcək və A Seriyası 38-ci turun oyunları ilə yekunlaşacaq.

"Cebheinfo.az"