Ofeliya Sənani: "Dedi ki, məndən əlini üz"

Ofeliya Sənani: "Dedi ki, məndən əlini üz"

"İlk övladım qız idi. Demə, böyrək çatışmazlığım varmış və mənə uşaq dünyaya gətirmək olmazmış. Həkimlər övladım bətnimdə 6 aylıq olanda dedilər ki, gəl çıxaraq. Dedim ki, olmaz. Mən artıq onu hiss edirdim. Ərim Valid də həkimlərlə eyni fikirdə idi. Cavab verirdim ki, ölərəm, uşaq qalar, sən böyüdərsən. Onu necə öldürüm, hiss edirəm axı..."

"Cebheinfo.az" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani "Həftənin qonağı" verilişində danışıb.

O əlavə edib: "Kliniki ölüm keçirdim. 2 gündən sonra ayıldım. Gətirib qoydular qucağıma ki, sənin qızındır. Baxdım, soruşdum ki, necə dünyaya gəldi?

7 ildən sonra oğlum da oldu. Risk etdim, müalicə aldım. Qətiyyən problem olmadı, heç elə bil xəstəliyim yox idi. Ayağı yüngül oldu".

Valid Sənani və övladlarından söz açan O.Sənani bildirib ki, həyat yoldaşı qızı Lalənin onkoloji xəstəliyinə dözməyərək vəfat edib:

"Oğlum Moskvada 5 il oxudu. Həmin illəri Moskvanın bütün təyyarələrində gəzirdim. Həftədə bir dəfə xörəklər bişirib aparırdım. Təkcə onun üçün yox, oradakı tələbə uşaqlar üçün də. Maddi imkanın buna çatırdı. 

Valid uşaqlarına çox bağlı idi. Qızım xəstələnən gündən o da yatağa düşdü. Mənə və oğluma dedi ki, məni bağışlayın. Soruşdum ki, sənə nə olub? Dedi ki, məndən əlini üz. Cavab verdim ki, nə danışırsan, mən anayam, mən uzanmalıyam qızımın yanında, sən yox.

Ayaqları tutuldu. İkisinə də mən baxırdım. Özlərinin yanında ağlamırdım, özümü ələ alırdım. Gülüb danışırdım ki, ürəklərinə heç nə salmasınlar. Çox çətin günlər idi. Səhərə qədər yatmırdım. Qızımı sağalda bildik. Onu evə gətirəndə Valid gördü ki, arıqlayıb, saçları yox idi, ləçək bağlamışdım başına. Ondan sonra Valid ayağa qalxmadı. 2011-ci ildə vəfat etdi. Kişilər çox zəif, iradəsiz, qorxacaqdırlar. Deyirdim, qorxma, Allaha dua et. Lalə ayağa durmamış getdi".

"Cebheinfo.az"