Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.
Bu barədə federasiyadan məlumat verilib.
Yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib Malta olacaq.
Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.
"Cebheinfo.az"