Xətaidə bir-birinə bitişik obyektlərdə yanğın olub

Bakının Xətai rayonunda bir-birinə bitişik obyektlərdə yanğın baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Dərhal əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğın hündürmərtəbəli yaşayış binasına bitişik obyektlərdə qeydə alınıb.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"