Gəncədə zəncirvari qəza olub: Xəsarət alan var

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes", "Chevrolet" və daha iki minik avtomobili toqquşub.
Qəzada 1976-cı il təvəllüdlü A.Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"