Bələdiyyə sədrini "tok" vurdu

Türkiyənin Manisa Böyük Şəhər Bələdiyyəsinin sədri Ferdi Zeyreki "tok" vurub.
"Cebheinfo.az" xəbər verir ki, sədr evində elektrik cərəyanı vurması nəticəsində yaralanıb.
Onu Manisa Cəlal Bayar Universiteti Hafsa Sultan Xəstəxanasına aparıblar. 48 yaşlı siyasətçinin ürəyinə masaj edildikdən sonra nəbzinin qayıtdığı bildirilib.
Qeyd edək ki, Ferdi Zeyreyin vəziyyətinin ağır olsa da, müsbətə doğru getdiyi açıqlanıb. Xəbəri eşidən manisalılar xəstəxananın qarşısına axın ediblər.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl də xəstəxanaya gedib.
Elmir
"Cebheinfo.az"