"Barselona"nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

"Barselona"nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

İspaniyanın "Barselona" klubunun futbolçusu Andreas Kristensen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Əl-Nəsr" 29 yaşlı müdafiəçi ilə maraqlanır.

Ərəblər danimarkalı oyunçunun maaşını iki dəfədən çox artırmaq niyyətindədir. Kataloniya təmsilçisi də onu buraxmağa hazırdır.

Qeyd edək ki, Kristensen 2024/2025 mövsümünün böyük hissəsində zədə səbəbindən meydana çıxa bilməyib. O, bütün turnirlərdə "Barselona" forması ilə cəmi altı matçda iştirak edib.

"Cebheinfo.az"