Qızıl 28 dollardan çox ucuzlaşıb

Qızıl 28 dollardan çox ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 28 dollardan çox azalıb.

"Cebheinfo.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,84% azalaraq 3 346,6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə əksinə, 0,93% artaraq 36,14 ABŞ dollarına bərabər olub.

"Cebheinfo.az"