Mbappe və Ronaldu "Qızıl top"a favoritlərini açıqladılar

Mbappe və Ronaldu "Qızıl top"a favoritlərini açıqladılar

Fransa və "Real Madrid"in hücumçusu Kilian Mbappe bu mövsüm "Qızıl top" mükafatını qazanmağa ən çox layiq olan oyunçunun adını çəkib.

Oxu.Az bu barədə "Marca" nəşrinə istinadən məlumat yayıb.

"Yamal və Dembele arasında seçim ediriksə, mən Dembeleni seçirəm. Bu, tamamilə aydındır", - deyə fransalı hücumçu bildirib.

Öz növbəsində portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu da öz namizədini açıqlayıb:

"Məncə, "Qızıl top" meydançada fərqlənən və Çempionlar Liqasını qazanan oyunçuya verilməlidir. Fərdi mükafatlara o qədər də əhəmiyyət vermirəm, çünki onların arxasında nə olduğunu bilirəm. Bununla belə, Yamalın şansı var, amma açıq-aşkar favorit yoxdur".

"Cebheinfo.az"