Şəkidə 31 yaşlı kişini ilan sancıb

Şəkidə 31 yaşlı kişini ilan sancıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baltalı kəndində, qəbiristanlıqda baş verib.
Baltalı kənd sakini 31 yaşlı Sadiq İsmayılzadəni ayağından ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Ona müvafiq yardım göstərilib, zərdab vurulub. Müalicəsi xəstəxanada davam etdirilir.
"Cebheinfo.az"