Təyyarə qəzaya uğradı: Ölənlər var

Meksikanın cənubunda kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfərin öldüyü bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, Meksika Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamada, mal-qaraya təsir edən milçəklərin yayılmasının qarşısını almaq üçün sterilizasiya işlərində istifadə edilən kiçik təyyarənin Qvatemala sərhədindəki Çiapas əyalətinin Tapaçula şəhəri yaxınlığında qəzaya uğradığı qeyd edilib.
Qvatemalaya məxsus təyyarədə olan meksikalı əkinçilik mühəndisi və iki Qvatemalalı pilotun həyatını itirdiyi bildirilən açıqlamada qəzanın səbəbi ilə bağlı hər hansı məlumat verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"