Rusiyanın Azov şəhərində güclü yanğın

Rusiyanın Rostov vilayətinin Azov şəhərində anbarda güclü yanğın baş verib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, sahəsi 2 000 kvadratmetr olan anbar yanır. Hadisə yerində 37 xilasedici və 13 texnika çalışır.
Yanan anbarda polimer məhsulları saxlanıldığı bildirilir. Yanğının səbəbi barədə rəsmi məlumat verilmir.
Qeyd edək ki, iyunun 7-də səhər saatlarında yerli "Rostov News" "Telegram" kanalı Fövqəladə Hallar Nazirliyinin rəsmi mesajına istinadən bölgədəki raket təhlükəsindən yazıb, daha sonra təhlükənin olmadığı qeyd edilib.
https://t.me/oxuaze/139157?single
"Cebheinfo.az"