Rusiyanın qızıl ehtiyatları rekord hədə çatdı

Rusiyanın qızıl ehtiyatları rekord hədə çatdı

Rusiyanın qızıl ehtiyatları mayda 248,2 milyard dollara çatıb ki, bu da onun müasir tarixində ən yüksək səviyyədir.

"Cebheinfo.az" bu barədə Rusiya Mərkəzi Bankına istinadən məlumat yayıb.

Bildirilib ki, qızılın ümumi ehtiyatlarda payı da 36,5 faiz artıb. 

Beləliklə, ümumilikdə qızıl ehtiyatlarının çəkisi ardıcıl olaraq son dörd ayda rekordlar qırıb.

Qızıl investisiyaları son bir ayda cəmi 0,5 faiz artsa da, dəyər baxımından əldə edilən 248,2 milyard dollarlıq səviyyə Rusiya tarixində ən yüksək səviyyə olaraq qeyd edildi.

Bu artımla qızılın ölkənin ümumi valyuta və qızıl ehtiyatlarında payı apreldə olan 36,3 faizdən may ayında 36,5 faizə yüksəlib. Bu göstərici 1999-cu ilin oktyabrında 39,7 faiz, 2007-ci ilin iyununda isə cəmi 2,1 faiz təşkil etmişdir.

Mərkəzi Bank, həmçinin iyunun 1-nə ölkənin ümumi beynəlxalq ehtiyatlarının artaraq 680,4 milyard dollara çatdığını açıqlayıb. Bu rəqəm əvvəlki ayla müqayisədə cüzi artım deməkdir.

Bu ehtiyatların demək olar ki, yarısı sanksiyalara görə Qərb maliyyə institutlarında dondurulub.

Ekspertlərin fikrincə, qlobal qeyri-müəyyənliklərin artdığı bir vaxtda qızıl Moskvanın ehtiyat strukturunda strateji rol oynamağa davam edir.

Dünyanın ən böyük qızıl ehtiyatına malik 10 ölkə isə bunlardır (2025-ci ilin iyununa):

*ABŞ – 8133 ton
*Almaniya – 3352 ton
*İtaliya – 2452 ton
*Fransa – 2437 ton
*Rusiya – 2336 ton
*Çin – 2264 ton
*İsveçrə – 1040 ton
*Yaponiya – 846 ton
*Hindistan – 801 ton
*Niderland – 612 ton.

Nigar Hacılı 
"Cebheinfo.az"