Cəlilabadda ağır qəzada xəsarət alanların son durumu - YENİLƏNİB

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi xəsarət alanların durumu açıqlanıb.
TƏBİB-dən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində avtoqəzada xəsarət alan iki kişi və üç qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərin hazırki vəziyyətləri stabil olaraq qiymətləndirilir.
13:09
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"