Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Bakıda Böyükşor gölü yaxınlığında baş verən qəzada 3 nəfər ölüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

14:22

Bakıda Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, minik və yük avtomobilləri toqquşub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

"Cebheinfo.az"