Kral 1 526 məhbusu əfv etdi

Mərakeş Ədliyyə Nazirliyi, Mərakeş kralı VI Məhəmmədin bayram münasibətilə “terror əlaqələri olanlar” da daxil olmaqla 1 526 məhbusu əfv etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, nazirliyin yaydığı bəyanatda əfv olunanların bəzilərinin həbsdə, bəzilərinin isə axtarışda olduğu bildirilib.
Qeyd olunub ki, əfv krallığın müxtəlif məhkəmələri tərəfindən cəzalandırılan şəxslərə şamil edilib.
Məlumatda əfv olunan 1 526 nəfərdən 1 305-nin həbsdə olduğu qeyd edilib.
Kral VI Məhəmmədin qərarında “milli dəyərlərə sadiqliklərini bəyan edən, ideoloji oriyentasiyalarını nəzərdən keçirən və ekstremizm və terrorizmi rədd etdiklərini bəyan edən” 15 məhbus da amnistiyaya daxil edilib.
Mərakeşdə ənənəvi olaraq hər il dini bayramlardan əvvəl amnistiya qərarı verilə bilər. Bu qərarlar Kralın Konstitusiya səlahiyyətləri çərçivəsində "sosial sülhü gücləndirmək və cəmiyyəti yenidən inteqrasiya etmək" məqsədi daşıyır.
Nigar Hacılı
"Cebheinfo.az"