İlk bitkoin bankomatı quraşdırıldı

İlk bitkoin bankomatı quraşdırıldı

Rumıniya Milli Poçt İdarəsi ölkənin ilk bitkoin bankomatını Tulçada açdığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Milli Poçt İdarəsi, "poçt xidmətlərinin modernləşdirilməsi üçün açılan bitkoin bankomatından ölkənin yerli valyutası və bitkoini almaq olar" xəbərini verib.

Bitkoin bankomatlarının İsgəndəriyyə, Piatra, Neamt, Botosani və Nadlakda da açılacağı bildirilib.

Qeyd edilib ki, poçt şöbələrində yerləşdiriləcək bitkoin bankomatları ilə “müəssisələrdəki müasir transformasiya həm də sosial rutinlərlə müşayiət olunacaq”.

Nigar Hacılı 
"Cebheinfo.az"