Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışdı

Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışdı

İyunun 7-də xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.

Eyni zamanda, ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunub. Laçın şəhərində keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü çərçivəsində aparılmış danışıqlardan irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına, habelə Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"