Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - VİDEO

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan müxalifət partiyalarının görüşü keçirilib.
Teleqraf-a istinadən xəbər verilir ki, Azərbaycan tərəfindən görüşdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı və Milli Cəbhə partiyasının sədri Razi Nurullayev iştirak edib.
Ermənistanı isə "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Yulhakyan təmsil edib.
Görüşü Avstriya Milli Müdafiə Akademiyasında "International Center for European Union Research"ün (Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə keçirilib.
"Cebheinfo.az"