Bu ölkədə bayram namazı 3 dəfə qılınıb

Yüzlərlə müsəlman Qurban bayramı namazı üçün Yaponiyanın paytaxtı Tokio məscidinə axışıb və çoxluq təşkil etdiyi üçün bayram namazı 3 dəfə qılınıb.
"Cebheinfo.az" xəbər verir ki, Tokio və ətraf bölgələrdə yaşayan müsəlmanlar Qurban bayramı sevincini yaşayırlar.
Dünyanın müxtəlif ölkələrindən yüzlərlə müsəlman bayram namazını qılmaq üçün Tokio məscidinə axışıb. Səhər saatlarından məscidin qarşısında uzun növbələr yaranıb və insanların çoxluğu səbəbindən bayram namazı 3 dəfə qılınıb.
Qurban bayramını ölkələrindən minlərlə kilometr uzaqda keçirən müsəlmanlar Qurban bayramını Tokio məscidində qeyd ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"