Rusiyadan "British Council"-a QADAĞA

Rusiyadan "British Council"-a QADAĞA

Rusiya British Council-ı “arzuolunmaz təşkilat” elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Baş Prokurorluğu Böyük Britaniyada yerləşən mədəniyyət və təhsil təşkilatı olan "British Council-ı “arzuolunmaz təşkilatlar” siyahısına əlavə edib.

Qərardan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) digər dost ölkələri də təşkilatın fəaliyyətini dayandırmağa çağırıb.

Baş Prokurorluq "British Council"-ın aşağıdakı fəaliyyətlərlə məşğul olduğunu iddia edib:

Rusiyada Britaniya hökumətinin maraqlarını təşviq etmək səyləri;

LGBT hərəkatının dəstəklənməsi və təşviqi;

Rusiyanın daxili və xarici siyasətini gözdən salmaq cəhdləri;

Keçmiş Sovet ölkələrində rus kimliyini zəiflətmək və Chevening təqaüd proqramı vasitəsilə "Britaniya təsirinin nümayəndələrini" yetişdirmək cəhdləri.

FSB-nin bəyanatında daha sərt ifadələr işlədilib.

Təşkilatın Britaniya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyi iddia edilirdi.

Onun “qeyri-ənənəvi Qərb dəyərlərini” yaymağa çalışdığı iddia edilirdi.

Dost ölkələri “Moskvadan nümunə götürməyə” çağırırdılar. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qərarı bu sözlərlə müdafiə edib: 

""British Council" uzun müddətdir ki, Rusiya əleyhinə fəaliyyət göstərir. Xüsusilə MDB ölkələrində Rusiyanın təsirini zəiflətməyə çalışıb. Bu məqsədlə yumşaq güc alətlərindən və qrant proqramlarından istifadə edib". 

Zaxarova bildirib ki, bu qərar qanunvericilikdəki boşluğun aradan qaldırılması ilə mümkün olub: 

"Əvvəllər hökumətlər tərəfindən yaradılan təşkilatlar arzuolunmaz təşkilatlar elan edilə bilməzdi. Biz bu maneəni aradan qaldırdıq".

Nigar Hacılı 
"Cebheinfo.az"