39 məktəbdə təhsil dayandırılıb

39 məktəbdə təhsil dayandırılıb

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində 500-dən çox insanın təxliyə edildiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Fueqo vulkanının püskürməsi nəticəsində yaranan tüstü 2000 metrdən yuxarı qalxaraq vulkanın cənub yamacına doğru yayılan kül buludları yaradıb.

Səlahiyyətlilər 500-dən çox insanın təxliyə edildiyini açıqlayıb.

Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi vulkanın yaxınlığındakı 3 rayonun sakinlərinin sığınacaqlara köçürüldüyünü açıqlayıb.

Səlahiyyətlilər vulkanın püskürməyə davam edəcəyini, bölgədə magistral yolun bağlandığını və 39 məktəbdə təhsilin dayandırıldığını bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"