Azərbaycanın Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci mayda 6 %-ə yaxın azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 8,763 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 % azdır.
Təkcə mayda Türkiyə Azərbaycana 2,412 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,3 % çoxdur.
5 ayda Türkiyənin meyvə-tərəvəz ixracının ümumi dəyəri illik müqayisədə 6,1 % azalaraq 1 milyard 053 milyon ABŞ dollarına, mayda isə 2 % artaraq 221 milyon ABŞ dollarına çatıb.
"Cebheinfo.az"