Dünya bazarlarında neft ucuzlaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,29% azalaraq 1 barelə görə 65,15 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,33% azalaraq 63,16 ABŞ dollarına bərabər olub.
"Cebheinfo.az"