Keşiş cinayətdən sonra üzr istəmək üçün geri qayıtdı, tutuldu

ABŞ-də bir nəfəri qarət edən və sonra üzr istəmək üçün geri qayıdan keşiş həbs edilib.
Bu barədə “Complex” nəşri məlumat yayıb.
Alabamada kilsələrdən birində xidmət edən keşiş Roy Pauel silahlı soyğunçuluqda ittiham olunub. Polisin məlumatına görə, o, silahın qundağı ilə bir nəfərin başına vurub və onun bel çantasını oğurlayıb. Hadisə zərərçəkmiş poçt şöbəsinə gedərkən baş verib.
Zərərçəkmişin sözlərinə görə, əvvəlcə onların arasında mübahisə olub, sonra keşiş yük maşınına minərək ərazidən uzaqlaşıb. Lakin o, bir neçə dəqiqədən sonra geri qayıdıb, həmin şəxsin yanına gəlib və tapança ilə onun başına zərbə endirib. Bundan sonra onun əşyalarını götürərək yoxa çıxıb.
Bir müddət sonra keşiş yenidən gözlənilmədən hadisəni törətdiyi yerə qayıdaraq zərərçəkmişdən üzr istəyib. Bu dəfə Paueli polis saxlayıb və o, ertəsi gün 40 min dollar girov müqabilində sərbəst buraxılıb.
"Cebheinfo.az"