Qəzzada ölən jurnalistlərin SAYI

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına intensiv hücumları nəticəsində həlak olan jurnalistlərin sayı artıb.
"Cebheinfo.az" xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada İsrailin Qəzzaya hücumlarında həyatını itirən jurnalistlərin sayının 226-ya çatdığı qeyd edilib.
Açıqlamada "Əl-Ərəbiyyə" televiziya kanalında operator işləyən və dünən İsrail ordusunun Qəzzada Əl-Əhli Baptist Xəstəxanasının həyətinə hücumu nəticəsində ağır yaralanan fələstinli jurnalist Əhməd Kalcanın bu gün həyatını itirdiyi bildirilib.
Bəyanatda İsrail ordusunun sistematik olaraq fələstinli jurnalistləri hədəf aldığı, İsrailin mətbuat mənsublarına qarşı hücumlarının ən sərt şəkildə pisləndiyi bildirilib.
Bəyanatda Beynəlxalq Jurnalistlər Birliyi, Ərəb Jurnalistlər Birliyi və bütün dünyanı İsraili qınamağa çağırıb.
Xatırladaq ki, jurnalist Əhməd Kalca dünən İsrailin Əl-Əhli Baptist Xəstəxanasının həyətinə hücumu nəticəsində ağır yaralanıb.
Nigar Hacılı
"Cebheinfo.az"