Paşinyan hökumətinin xidməti avtomobilləri əllərindən ALINIB

2024-cü ildə Ermənistan Baş nazirinin aparatının xərcləri 21,6 milyard dram təşkil edib.
“Cebheinfo.az” xəbər verir ki, bunu iyunun 6-da parlamentin daimi komissiyalarının birgə iclaslarında “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” hesabatın müzakirəsi zamanı respublikanın Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan deyib.
Onun sözlərinə görə, göstərilən müddət ərzində xidməti avtomobillərin sayının 40-dan 19-a endirilməsi qərara alınıb.Bu azalma ilin sonunda baş verib."Bizim faktiki xərclərimiz 21,6 milyard dram təşkil edib. İcra 93,1% təşkil edib.
Hesabat ilində Ermənistan Respublikasının baş nazirinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək proqramı çərçivəsində xərclər 6,6 milyard dram və ya nəzərdə tutulan tədbirlərin 88,7 faizini təşkil edib", - Arutyunyan bildirib.
Xəzər
“Cebheinfo.az”