Paşinyan “Hraparak” qəzetini məhkəməyə verəcək

Paşinyan “Hraparak” qəzetini məhkəməyə verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan “Hraparak” qəzetini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Bu barədə siyasətçi feysbuk səhifəsində şəxsi həyatı ilə bağlı nəşrin yazısını şərh edərkən yazıb.

“Ailənin və mənəvi həyatın mənim üçün insanları çaşdırmaq vasitəsi yox, vacib dəyərlər olduğunu sübut etmək üçün mütləq “Hraparak”ı məhkəməyə verəcəyəm”, - o bildirib.

Paşinyan onu da bildirib ki, Ermənistan katolikosu II Qareginin subaylıq andını pozduğuna əmindir.

Mən bir daha təsdiq edirəm ki, katolikos II Qaregin subaylıq andını pozub və övladı var. Qoy II Qaregin də bəyan etdiyi dəyərlərə və statusa əməl etdiyini sübut etmək üçün məni məhkəməyə versin”, - Paşinyan əlavə edib.

"Cebheinfo.az"