Vurulan döyüş təyyarələri təmir olunacaq

Vurulan döyüş təyyarələri təmir olunacaq

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov 1 iyun tarixində Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlarda Rusiya döyüş təyyarələrinin məhv edilmədiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Ryabkov təyyarələrə ziyan dəydiyini və təmir ediləcəyini bildirib. 

Həmin hücumlar Sibir və Rusiyanın şimalındakı beş hərbi hava bazasını hədəfə almışdı. Peyk görüntülərinə əsasən, Tu-95 və Tu-22 tipli uzaqmənzilli bombardmançı təyyarələrə zərər dəyib. ABŞ isə azı 20 döyüş təyyarəsinin vurulduğunu, onlardan 10-nun tamamilə məhv edildiyini bəyan edib. Lakin Rusiya bu iddianı təkzib edib.

Hücumdan sonra Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşündə Rusiyanın bu hücuma cavab verəcəyini bildirib. Qeyd edək ki, sözügedən təyyarələr Sovet dövrünə aiddir və 40 ildən artıqdır ki, istismardadır. Bu səbəbdən bəzi ehtiyat hissələri artıq istehsal olunmur və ya nadir hallarda tapılır. 

ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar Rusiyanın aviasiya və müdafiə sənayesində istifadə olunan yüksək texnologiyalı məhsulları idxal etməsini çətinləşdirir.

Əfsanə Rəcəb
"Cebheinfo.az"