İsraildə erkən seçki keçirilə BİLƏR

İsraildə erkən seçki keçirilə BİLƏR

İsrailin Baş nazir Benyamin Netanyahunun ifrat sağçı koalisiya hökumətində “Haredi” böhranı böyüyür.

"Cebheinfo.az" xəbər verir ki, İsraildə hərbi xidmətdən azad olmaq istəyən ultrapravoslav yəhudi (Haredi) partiyası Birləşmiş Tövrat Yəhudiliyinin liderləri hökumətdən çəkilmələri barədə göstəriş veriblər. 

Müxalifət partiyaları İsrail parlamentinin buraxılması ilə bağlı qanun layihəsi təqdim edəcəklərini açıqlayıb. Beləliklə, ölkədə erkən seçkilərlə bağlı müzakirələr başlayıb.

Haredi dini liderləri Tövrat təhsili alan tələbələri hərbi xidmətdən azad edən qanunun hələ də parlament tərəfindən qəbul edilməməsindən sonra Birləşmiş Tövrat Yəhudiliyi rəsmilərinə hökumətdən çəkilmələrini əmr edib.

"Yedioth Ahronoth" qəzeti və "Channel 12" televiziyası Haredi ravvinlərinin artıq hökumətdə qalmağa ehtiyac görmədiklərini və Netanyahunun görüş tələbini rədd edib: 

"Deyilməli olan hər şey söylənildi". Digər tərəfdən, sızdırılan səs yazısına görə, Netanyahunun keçmiş müdafiə naziri Yoav Qallant və keçmiş Baş Qərargah rəisi Herzi Halevini ultra-ortodoks (Haredi) tələbələrin hərbi xidmətdən azad edilməsinə qarşı olduqları üçün işdən çıxardığını söylədiyi iddia olunur.

Bu hadisələrdən sonra müxalifət partiyaları gələn həftə İsrail Parlamentinin (Knesset) buraxılması ilə bağlı qanun layihəsini təqdim edəcəklərini açıqlayıblar. Ana müxalifət partiyası Yair Lapid liderliyindəki Gələcək Buradadır, Aviqdor Libermanın liderlik etdiyi İsrail Evimizdir Partiyası və Yair Qolanın liderlik etdiyi İşçi Partiyası qanun layihəsini dəstəkləyəcəklərini açıqlayıb. 

Netanyahunun hazırkı koalisiyası 120 yerlik parlamentdə 68 yerin əksəriyyətinə sahibdir. Ümumilikdə 18 mandata sahib Haredi partiyaları Birləşmiş Tövrat Yəhudiliyi və Şas koalisiyadan çıxsalar və müxalifəti dəstəkləsələr, erkən seçki üçün lazımi səslər təmin ediləcək.

Nigar Hacılı 
"Cebheinfo.az"