“Qarabağda qələbənin nəticələrini görürük” – Rəfail Becanov

“Hər yerdə sürətli inkişaf gedir, böyük və müasir standartlara vavab verən abadlıq-quruculuq işləri aparılır. Bu qürurvericidir. Artıq o bölgədə həyat dəyişib”.
Bu sözləri “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalın rəhbəri Rəfail Becanov deyib.
O bildirib ki, iyunun 3-də Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları, digər jurnalistlərin Zəngilan və Cəbrayıla baş tutan növbəti səfəri düşünrəm ki, çox böyük əhəmiyyət daşıyır.
Qələbənin hərtərəfli nəticələrini ölkə ictimaiyyətinin əyani şəkildə görməsi üçün təşkil olunan bu səfərlər Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və bu şöbənin müdiri Ədalət Vəliyevin səmərəli fəaliyyəti ilə bu iradənin uğurla həyata keçirilməsində əsaslı nəticələrə nail olunur.
Bu dəfə də ictimaiyyət nümayəndələri Qarabağda və Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən böyük layihələrin icrası, sürətli inkişafın şahidi oldular:
“Bu qürurvericidir. Artıq o bölgədə həyat dəyişib. Müharibədən sonra gördüyümüz, viran qoyulmuş Qarabağ və Şərqi Zəngəzurda indi həyat canlanıb.
Orada məskunlaşan insanlar ata-baba yurdlarına qayıtmalarının sevincini, fərəhini, qürurunu yaşayır. Əhalinin rahat yaşaması üçün bütün infrastuktur qurulur. Bütün bu işlər Azərbaycan dövlətinin daxili iqtisadi resursları hesabına həyata keçirilir. Səfərdə olan hər kəs bütün bunların şahidi oldu. Bu gün Azərbaycan xalqı Qarabağda qələbənin nəticələrini görür”.
O, daha sonra bildirib ki, səfərdə olanlar Füzulidə minatəmizləmə prosesi ilə tanış oldular. Cəbrayıl və Zəngilanda görülən işlər adamı valeh edir:
"“İşğaldan azad edilmiş ərazilərdə nə işlər görülür, hansı layihələr icra olunur?" kimi sualların cavabı o əraziləri görən hər bir şəxs üçün tam aydındır. Quruculuq işlərinin sürəti və arealı çox böyükdür. Cəbrayılda müasir standartlara cavab verən bir şəhər salınıb. Yerli sakinlər qurulan infrasrtukturdan çox razıdırlar.
Şəxsən mən oraya köçüb məskunlaşan dostlarımı gördüm və bu, çox sevindirici haldır. Eləcə də Zəngilanda görülən işlər, həyata keçirilən layihələr heyrətləndiricidir. Bütün ərazilərdə yeni iş yerləri açılır, yerli sakinlər həmin yerlərdə işləyirlər”.
Rəfail Becanov bildirib ki, bu səfərlər işğaldan azad edilmiş ərazilərdə aparılan işlərlə tanış olmaq imkanı yaratdığı kimi, ölkədə mövcud yeni siyasi konfiqurasiyanın, dialoq və siyasi həmrəyliyin, milli birliyin dayanıqlı bir prosesə çevrilməsinin də geridönməz bir xarakter aldığını göstərir:
“Bu, ictimi şüurda yeni bir mədəniyyət formalaşdırır, birlik modelinin keçilməz və dəyişməz olduğu qənaətini yaradır və bütün cəmiyyətimizə müsbət impuls verir”.
"Cebheinfo.az"