Ölkələr yox, həbsxana anlaşdı

Ölkələr yox, həbsxana anlaşdı

Estoniya İsveçlə 993 məhbus tutumu olan Tartu həbsxanasında 600 boş çarpayıdan istifadə etmək üçün müqavilə bağlayır.

"Cebheinfo.az" xəbər verir ki, bu müqaviləyə əsasən, İsveçdən 600 “aşağı riskli” məhkum Estoniyaya göndəriləcək. 

Məhkumların yaşayışı, qidalanması, tibbi xidmətləri və təhlükəsizliyi daxil olmaqla bütün xərcləri İsveç hökuməti qarşılayacaq. 

Estoniyanın Ədliyyə naziri Liisa Pakosta bu razılaşmanın ölkə iqtisadiyyatına töhfə verəcəyini və Tartu şəhərində 400 nəfərlik yeni iş yeri yaradacağını bildirib. Məhkumlar cəzalarının son ayını İsveçdə keçirəcəklər.

Qeyd edək ki, İsveç hər məhkum üçün ayda 8 500 avro (təxminən 15 725 Azərbaycan manatı) ödəyəcək. Halbuki İsveçdə bir məhkumun aylıq saxlanma xərci 11 500 avrodur( təxminən 21 275 Azərbaycan manatı). 

Əfsanə Rəcəb
"Cebheinfo.az"