Litva Baltik dənizi sahillərində böyük hərbi şəhərcik inşa edəcək

Litva Baltik dənizi sahillərində böyük hərbi şəhərcik inşa edəcək

Litvanın Milli Müdafiə Nazirliyi Baltik dənizi sahilində milli diviziya və NATO hərbçilərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş hərbi şəhərciyin tikintisinə hazırlıq işlərinə başlandığını elan edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Kayray hərbi şəhərciyində Litva Silahlı Qüvvələrinin 1 500-ə yaxın hərbçisi yerləşdiriləcək. Buna görə də layihə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcək. Bu hərbi şəhərcik müharibə vəziyyətində əsas manevr bölməsinə çevriləcək yeni formalaşmaqda olan milli diviziya üçün lazımi infrastrukturu təmin edəcək", - müdafiə naziri Dovile Şakalene bildirib.

"Bu infrastruktur həm də NATO-nun müttəfiq qüvvələrinin Litvada inteqrasiyasını asanlaşdıracaq", - o əlavə edib.

Litvanın dövlət büdcəsindən 2030-cu ilə qədər tam icra olunacaq layihə üçün 520 milyon avro ayrılıb. Milli Müdafiə Nazirliyi tikintini müstəqil Litvanın tarixində ən böyük hərbi infrastruktur layihələrindən biri kimi xarakterizə edir.

Kayray hərbi şəhərciyi təxminən 80 hektar ərazini tutacaq. Kompleksə yaşayış binaları, inzibati obyektlər, idman və istirahət infrastrukturu, anbar və texniki binalar, nəqliyyat və helikopter meydançaları daxil olacaq.

"Cebheinfo.az"