16 yaşında itkin düşən qız tapılıb: 9 il sonra

Sankt-Peterburqda 2016-cı ildə 16 yaşında itkin düşən qız tapılıb. Bütün bu illəri o, sənədsiz yaşayıb, gizlənib və iki uşaq anası olub.
“Cebheinfo.az” xəbər verir ki, 2016-cı ildə Viktoriya Kalininski rayonundakı xəstəxanadan yoxa çıxıb. Polisin və könüllülərin iştirakı ilə aparılan axtarışlar heç bir nəticə verməyib. Nevada boğulmaqdan tutmuş qaraçıların qaçırmasına qədər müxtəlif versiyalar irəli sürülüb.
Lakin iyunun 2-də üz tanıma sistemi itkin düşən qızı tapıb. Əməliyyatçılar onu Sestroretskdə tapıblar.
Məlum olub ki, qız əvvəlcə dostu ilə Vsevolojskda gizlənib, sonra isə Sestroretskə köçüb və orada bir kişi ilə tanış olub. Onun mənzilində yaşayıb, burada qeydiyyatda olmasa da, tibbi yardım olmadan iki uşaq dünyaya gətirib.
Sorğu zamanı Viktoriya valideynlərinə görə qaçdığını deyib, əsəbinin son damlası onun ad günü münasibətilə təbrik etməyi unutduqları oldu. Eyni zamanda, o, axtarışı media vasitəsilə izlədiyini, lakin geri qayıtmağı planlaşdırmadığını etiraf edib.
Xəzər
“Cebheinfo.az”