Azərbaycan ərazisinə keçmiş iki erməni təhvil verilib

Ermənistanın Zəngəzur (Sünik) rayonundan olan, azaraq Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə qarşı tərəfə təhvil verilib.
Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib və daha sonra ətraflı məlumat yayacağını vəd edib.
Xatırladaq ki, Zəngəzur (Sünik) rayonunun Tex icmasının sakinləri - 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.
"Cebheinfo.az"